Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “COVID-19” pandemiyası üzrə texniki lideri, epidemioloq Maria Van Kerxove “AVRO-2020″nin finalını və ondan sonrakı izdihamı sərt tənqid edib.
Arazmedia.az xəbər verir ki, ÜST nümayəndəsi “Twitter” hesabında etdiyi paylaşımda, İngiltərənin paytaxtı Londonda keçirilən oyunun koronavirusla bağlı məlum qaydalara uyğun keçməməsindən şikayətlənib.
“Vembley” stadionunda baş tutan oyunla bağlı açıqlama verən epidemioloq, İngiltərə ilə İtaliya oyununda stadiondakı təxminən 60 min azarkeşin göz görə-görə bir-birlərini virusa yoluxdurduğunu bildirib:
“Koronavirusun gözlərimin önündə yayılmasını izləməkdən necə zövq alım?”
Qeyd edək ki, İtaliyanın final oyununda qalib olmasından sonra, xalq qələbəni təntənə ilə qeyd edir.