Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 693 yoluxma halı qeydə alınıb. Arazmedia.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 462 417, ölənlərin sayı isə 4 716 nəfərə çatıb. Bildirilir ki, ötən gün koronavirusdan 1 770 nəfər, hazırkı dövrədək isə 415 268 nəfər sağalıb. Share