İsrailin sabiq rabitə naziri Ayoub Kara Azərbaycana səfər edib.
Arazmedia.az xarici mətbuata istinadən xəbər verir ki, səfəri zamanı o, Qarabağın dirçəlişi ilə bağlı bəzi təkliflər irəli sürüb.
A.Kara bildirib ki, Azərbaycan Qarabağın bərpasında İsrailin də vaxtilə istifadə etdiyi “Kibbutizm” üsulundan yararlansın. Bu üsul “hamının bacardığı qədər öz ölkəsinə kömək etməsi”ni nəzərdə tutur.
O, həmçinin bərpa prosesində İsrailin Azərbaycana kömək edəcəyini də istisna etməyib:
“Ümid edirəm ki, Azərbaycanın bu bölgəni yenidən inşa etməsinə kömək edə bilərik. Beləliklə, azərbaycanlı köçkünlər kəndlərinə və şəhərlərinə qayıda bilərlər. Minaların təmizlənməsinə kömək məqsədi ilə İsrail şirkətlərini göndərməliyik. Bölgəni yenidən qurmaq üçün azərbaycanlılara doğru texnologiya təklif edə bilərik”.