Arazmedia.az xəbər verir ki, Avro-2020-nin final matçı start götürüb.
İngiltərə və İtaliya yığmaları amansız mübarizəyə başlayıb.
İngiltərə yığmasının oyunçusu Lük Şou matçın 3-cü dəqiqəsində hesabı açıb: 1 – 0
İtaliya yığmasının oyunçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib: 1 – 1.
Matçın əsas vaxtı 1-1 hesabı ilə bitib və qalib müəyyənləşməyib. Bu səbəbdən əlavə vaxtda oynanılacaq.
Əlavə vaxtda da hesab dəyişməyib. Hazırda qalibi müəyyənləşdirmək üçün penaltilər seriyası başlayacaq.
Beləliklə, penaltilər seriyası ilə İtaliya yığması qalib gələrək Avro-2020-nin qalibi olub.