Fransa Xarici İşlər Nazirliyinin katibi Kleman Bon, Yunanıstanın Rusiyada və ya Çində istehsal olunan peyvəndləri alan sərnişinlərin öz ərazilərinə buraxdığına görə, təəssüfləndiyini bildirib.
Arazmedia.az xəbər verir ki, bu barədə o, “Europe 1” radiostansiyasının efirində danışıb.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü, Rusiya Federasiyası və Çin XR-nın peyvəndləri barədə bir sualı cavablandırarkən deyib ki, Yunanıstanı qınamırıq, ancaq “Avropa Dərman Agentliyi” tərəfindən təsdiqlənmiş dörd peyvəndin Avropada tanınmasını üstün tuturuq:
“Yunanıstanın digər peyvəndləri olan insanların ölkəsinə gəlməsinə icazə verdiyinə təəssüf edirəm. Bu, siyasi bir məsələ deyil, Avropa ölkələri üçün ümumi mövqe var. Fransa da daxil olmaqla əksər Avropa ölkələri yalnız dörd peyvəndi tanıyırlar.
Fərqli bir mövqedə olan yalnız üç ölkə var”.