Ukrayna dövlətinin Azərbaycandakı səfiri Vladislav Kanevski Şuşa səfərindən sonra paylaşım edib:
Arazmedia.az xəbər verir ki, ukraynalı diplomat “Twitter” hesabında iyulun 9-u və 10-da baş tutan Şuşa səfəri ilə bağlı bu sözləri yazıb:
“Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına – Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu”.
Qeyd edək ki, ukraynalı diplomatın bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının “haqlı” olduğuna dair şərhlər yazıblar.