Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt Dastin Puarye və Konor Makqreqor arasında keçirilən növbəti döyüşdən sonra mətbuat konfransında maraqlı açıqlamalar verib.
Arazmedia.az prezidentin sözlərinə istinadən xəbər verir ki, rəqiblər yenidən üz-üzə gələcək:
“Dastin yüngül çəkidə kəmər uğrunda döyüşəcək. Sonra isə, Makqreqor sağalanda, çox güman ki, biz revanş görüşü təşkil edəcəyik”.
Xatırladaq ki, adıçəkilən döyüşçülər artıq üç dəfə rinqdə qarşılaşıblar. Onlardan ikisində Puarye qalib gəlib. Dünən gecə saatlarında baş tutan son döyüşdə isə Makqreqor ayağını sındıraraq, texniki nokautla məğlub olub.