Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Nic qəsəbə sakini, şəhid Nəsrullayev Rəşid Qəzənfər oğlunun doğum günüdür.
Arazmedia..az xəbər verir ki,bu münasibətlə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları, şəhidin təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri şəhid Rəşid Nəsrullayevin məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.