
Türkiyənin şimal-qərbindəki Ədirnə əyalətində güclü yağışlar Meriç çayının daşmasına səbəb olub.
Arazmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meriç çayının daşması nəticəsində çay suyu Elçili-Uzunköprü yoluna çatıb. Kənd təsərrüfatı torpaqları da su altında qalıb.
Bundan əlavə, Küplü və Subaşı rayonlarında daşqınlar qeydə alınıb, su qoruyucu bəndləri aşaraq yola çıxıb və nəqliyyatın hərəkətini çətinləşdirib.
