DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Raketlər qələmlərlə əvəzlənsin” – Şeyx regiondakı müharibədən danışdı

1 dəqiqəyə oxunur

Regionda baş verən gərginliklərlə əlaqədar çağırışım və dualarımız odur ki, tərəflər bir-biri ilə danışıb razılaşsınlar.

Arazmedia.az  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu prosesdə xalq əziyyət çəkir:

“Gec-tez razılığa gələcəklər, amma o vaxta qədər insanlar əziyyət çəkəcək. Buna görə də çağırışım budur ki, tərəflər tezliklə razılığa gəlsinlər. Raketlər qələmlərlə, qarşıdurma isə diplomatiya dili ilə əvəzlənməlidir. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdırlar, çünki bu cür qarşıdurmaların sonu yoxdur”.