DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Ramazan Abbasov Qazi anasını nə üçün Naxçıvan Mərkəzi Xəstəxanasına qəbul etməyib?Axı xəstəxana onun şəxsi mülkiyyəti deyil-İDDİA

1 dəqiqəyə oxunur

Naxçıvan Mərkəzi Xəstəxanasında Qazi anasına hörmətsizlik edilib.

Belə ki, yıxılaraq, baş-beyin travması alan 75 yaşlı ananı axşam saatlarına qədər xərəkdə saxladan baş həkim, “yerimiz yoxdur” deyərək, mədəni şəkildə rədd edib.

Xatırladaq ki, xəstə Raya Mahmudovanın (ad-soyad şərtidir) iki oğlu müharibə iştirakçılarıdır. Onlardan biri müharibə Veteranı, digəri isə I qrup müharibə Əlilidir.
Burada insanı düşündürən çoxlu suallar meydana çıxır.
Görəsən, xəstəxana kimlərə xidmət göstərməlidir?
Əgər, “boş yer” yox idisə, o zaman təqaüd almaq üçün yatış istəyən insanları necə qəbul edirdilər?
Və yaxud kimlər bu işdə maraqlıdır? Yox, belə bir göstəriş yoxdursa, kimlərsə saxta sənədlər düzəltməklə dövlətə zərər vuran Ramazan Abbasov hansı maraq xatirinə Qazi anasını xəstəxanaya qəbul etməyib?

Birdən o, adam ölərsə məsuliyyəti kim daşıyacaq?

Dövlətin insanlara göstərdiyi qayğısına Ramazan Abbasovun kölgə salmağına, Naxçıvan Muxtar Respublikasının yeni rəhbərliyi niyə göz yumur?

Məsələ layiqli həllini tapanadək gündəmdə saxlanılacaq.

Arazmedia.az