
Müdafiə Nazirliyi 1 nömrəli səfərbərlik hərbi termininin izahını açıqlayıb.
Arazmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə hesabında paylaşım edilib.
“1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır”, – paylaşımda bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Təhlükəsizlik Şurasının iclasında deyib: “Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”.
