DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Şahbuzun icra başçısı Qazi ailəsini niyə üsyana qaldırır-İDDİA

1 dəqiqəyə oxunur

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon sakinləri icra başçısı Rəfael Babayevdən şikayət edirlər. Onlardan biri də, Natella Məmmədovadır.

Natella Məmmədova təqaüdçü müəllimədir. Onun iki oğlu müharibə iştirakçısıdır. Biri müharibə əlili, o biri isə müharibə veteranıdır. Dövlətin imtiyaz və qayğılarından məhrum olan həmin ailənin bir manat da olsa, bir yerdən gəliri yoxdur bu dövrdə.

İgid oğlanlarını və onların ailələrini yaşatmaq üçün 50 illik şəxsi həyətində dükan tikmək istəyir. Şahbuzun başçısı isə min bir variantla ona mane olur.

Məsələ ondadır ki, Şahbuz tikinti meydançasına bənzəyir, bu saat. Hamı nə yollasa da tikir. Başçının ailəyə bəhanəsi odur ki, guya tikəcəkləri obyekt yolun mühafizə zolağından otuz metr uzaq olmalıdır. Halbuki o biri tikintilər otuz metr nədir, heç iyirmi metr də aralı deyil. Bununla əlaqədar N. Məmmədova Naxçıvan Ali Məclisinə, Azərbaycan Milli Məclisinə, Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsinə, Naxçıvanın İnsan Hüquqları üzrə Müvəkkilinə dəfələrlə müraciətlər etsə də, müraciətinə nədənsə baxan olmayıb… Nəhayət, Natella Məmmədova mətbuat vasitəsi ilə Prezidentə və Birinci vitse-prezidentə müracət edərək probleminin həllinə kömək istəyir. Problem layiqli həllini tapana qədər gündəmdə saxlayacağıq.

Arazmedia.Az