DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Meksika prezidenti xalqa müraciət etdi

1 dəqiqəyə oxunur

Meksika prezidenti Klaudiya Şeynbaum, ölkənin ən çox axtarılan narkotik baronu və Xalisko Yeni Nəsil Kartelinin (CJNG) lideri  El Menço” ləqəbli Nemesio Oseguera Servantesin öldürülməsindən sonra xalqa müraciət edib. 

Arazmedia.az xəbər verir ki,  onun müraciəti “X” platformasında yayımlanıb. 

Meksika lideri xalqını kartel liderinin öldürülməsindən sonra başlayan zorakılıqlar fonunda sakitliyə çağırıb. 

“Bütün ştat hökumətləri ilə tam koordinasiya içindəyik, məlumatlı qalmalı və sakitliyimizi qorumalıyıq. Meksika ordusuna, Milli Qvardiyaya, Silahlı Qüvvələrə və Təhlükəsizlik Kabinetinə təşəkkürümü bildirirəm”, – deyə Şeynbaum yazıb. 

Xatırladaq ki, ötən gün Jalisco ştatında CJNG-yə qarşı hərbi əməliyyat keçirilib və toqquşma zamanı təşkilat lideri El Mençonun öldürülüb. 

Əməliyyatdan sonra cinayətkar qruplaşmanın mümkün cavab hücumu kimi Jalisco və ölkənin bəzi digər ştatlarında çoxsaylı yol bağlanmaları, nəqliyyat vasitələrinin və iş yerlərinin yandırılması halları qeydə alınıb. Genişmiqyaslı zorakılıq hadisələrinin bir neçə ştatda artaraq davam etdiyi qeyd olunur.