
Sıktıvkarda (Rusiya Federasiyasının tərkibində yerləşən Komi Respublikasının paytaxtı, – red.) Rusiya Daxili İşlər Nazirliyinin binasında partlayış baş verib.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış peşə təlim mərkəzində qeydə alınıb. Hadisə nəticəsində 7 nəfər yaralanıb. “Mərkəzin akt zalında naməlum qurğu partlayıb. Binada tikinti işləri gedirdi”, – deyə KİV yazıb. Qeyd olunur ki, hadisə yerində təcili yardım xidmətləri işləyir.
