
ABŞ prezidenti Donald Tramp İrandakı etirazlar fonunda ölkənin ali dini rəhbərliyini yenidən hədəf alıb.
Arazmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.“Mən çox aydın şəkildə bildirmişəm ki, əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, biz müdaxilə edəcəyik. Onlara çox sərt zərbələr endirəcəyik. Bu, qoşun göndərmək demək deyil, amma çox ağrı verəcək sərt zərbələr endirmək deməkdir. Mən İran liderlərinə deyirəm: Siz atəş açmağa başlamasanız yaxşı olar, çünki biz də atəş aça bilərik”, – deyə o qeyd edib.
