DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Balakəndə qanunsuzluq edən 3 nəfər cəzalandırıldı

1 dəqiqəyə oxunur

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Bu barədə Arazmedia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.