
Biz, Ələt sakinləri olaraq inanırıq və əminik ki, dövlətimiz 80 yaşlı Şəhid anası Əzizə ananın səsini eşidəcək. Uzun illərdir o, oğlu — Şəhid Zaur Qurbanovun adını daşıyan mədəniyyət evinin taleyi ilə bağlı gözləyir, ümid edir, səbir göstərir. Bu günə qədər dəfələrlə aidiyyəti qurumlara, o cümlədən “Azərbaycan Dəmir Yolları”na müraciətlər edilsə də, nə Şəhid anasının harayı eşidilib, nə də sakinlərin haqlı tələbi.
Cənab Prezident, Ələt sakinləri adından Sizə müraciət edirik: artıq məqam çatıb, vaxt yetişib. Bu müqəddəs məkan bərpa olunmalı, Şəhidin adına layiq vəziyyətə gətirilməlidir. Bu, təkcə bir binanın taleyi deyil — bu, Şəhidin ruhuna hörmətin, anaya ehtiramın, cəmiyyətə verilən mənəvi dəyərin göstəricisidir.
İnanırıq ki, ədalət öz sözünü deyəcək, Əzizə ana da, Ələt sakinləri də dövlətin qayğısını real addımlarda görəcək.
Arazmedia.az
