
PROBASİYA MƏMURU SƏHLƏNKAR, MƏHKƏMƏ QƏRARI ƏDALƏTSİZ, VƏTƏNDAŞ İSƏ ŞİKAR!Azərbaycanın məhkəmə sistemində yeni biabırçılıq! Bir elektron qolbaq xarab olur – heç bir günahı olmayan məhkumun boynuna Abşeron Rayon Məhkəməsinin 27.05.2025-ci il tarixli, 2(012)-2324/2025 saylı qərarı ilə 2277 manat borc yazılır!Təqsirkar kimdir? Mütəxəssis rəyi yoxdur, sübut yoxdur, texniki əsas yoxdur.Bəs niyə cəza MƏMURA yox, vətəndaşa yazılır? Bu sualın cavabı tək bir cümlədə gizlidir: Çünki biri məmurdur, biri isə adi vətəndaş!

HƏQİQƏTİN ÜZƏRİNƏ QAPANMIŞ QAPILAR – SƏHLƏNKARLIQ, GECİKMƏ, GİZLƏDİLMİŞ FAKTLARAbşeron rayonunun Xırdalan şəhərində yaşayan Həmid Zeynalov gundemxeber.com-un redaksiyasına müraciət edərək, qardaşı Zeynalov Həsənin başına gətirilənləri danışanda sanki illər öncəki işğal səhnələrini xatırladırdı.O dövrün zorakı əsgərləri kimi, bu gün də bəzi məmurlar vətəndaşı qarşısında özünü toxunulmaz, məsuliyyətsiz və cəzasız hiss edir.Həsən Zeynalova 2023-cü ildə mobil nəzarət qurğusu quraşdırılır. Aylarla heç bir problem yoxdur. Cihazın qəfil sıradan çıxması ilə hər şey başlayır. Həsən dərhal Probasiya şöbəsinə müraciət edir. Şöbə isə cihazı dəyişmək əvəzinə, aylarla yubadır!

Mütəxəssis rəyi isə rüsvayçılıqdan başqa bir şey deyil:Konkret səbəb YOX!Zədə növü YOX!Qayda pozuntusunun nə olduğu YOX!Texniki izah YOX!Hətta sənəddə müəssisənin möhürü belə YOX!

Rəydə sadəcə bir cümlə yazılıb:“İstifadə qaydalarına düzgün riayət edilmədiyinə görə…”Bəs necə riayət edilməlidir?Hansı qayda pozulub?Niyə pozulub?Nə zədələnib? – SUSQU QARANLIQ!Bu, rəy deyil – məsuliyyətdən qaçmaq üçün yazılmış kağız parçasıdır!PROBASİYA ŞÖBƏSİ “QOPMUŞ ELEMENT” NAĞILI YAZIR!Texniki rəy heç nə demir, amma Probasiya şöbəsi öz iddiasında “qopmuş element”dən danışır.Sual: Probasiya məmuru mühəndisdir, yoxsa cadugər? Bu elementi haradan “görüb”?Bu uydurma ittihamla Həsəndən 2277 manat tələb edilir.MƏHKƏMƏDƏ SƏHNƏ: HAKİM TƏK TƏRƏFLİ OYUN QURUR!Abşeron rayonunda hakim Habil Əhmədov elə davranır ki, sanki qərarı qabaqcadan yazıb.

Probasiya əməkdaşı Nizami Nəcəfovun Həsən haqqında müsbət rəyini eşitmir!Faktları dinləmir!İstismar müddətinin bitdiyini deyən məmuru susdurmağa çalışır!Video-etirafı (Fəqan Murtuzayevin aylarla cihazı dəyişməməsi haqda) sübut kimi qəbul etmir!Həmid ailəsinin faciəsini danışanda, qardaşının keçmişdə narkotikdən islah olduğunu deyəndə, 4 uşağa baxdığını, ağır xəstə olduğunu bildirəndə – hakim gözünü belə qaldırmır.Bu, məhkəmə deyil – soyuqqanlı qərar zavodudur!

APELLYASİYA HAKİMİNİN UTANCVERİCİ CAVABI:“MRT-YƏ QOLBAQLA GİRMƏLİ İDİ!”Bu ifadə təkcə hüquqi cəhalət deyil – həyati təhlükə yaradan bir savadsızlıqdır!MRT-yə metal və elektron cihazla girmək ölümcül riskdir.Bu faktı bilməyən hakim hansı əsasla insanların taleyi barədə hökm verir?!Üstəlik, bu sözlər Sumqayıt Apellyasiya Məhkəməsinin 02.09.2025-ci il tarixli, 2(105)-1203/2025 saylı qərarında səsləndirilən münasibətlər fonunda xüsusi olaraq şok doğurur.BU QƏTNAMƏ ƏDALƏT DEYİL – VƏTƏNDAŞA QARŞI AÇIQ ZÜLM!MPM-nin 77.1-ci maddəsinə əsasən sübut təqdim etməli olan Probasiya şöbəsi heç bir sübut təqdim etməyib.Bu işdə Həsənin günahkar olduğunu təsdiqləyən bir dənə belə obyektiv dəlil yoxdur.Əksinə – bütün izlər məmur səhlənkarlığına çıxır.Amma qərar yenə də nə olur?Məmur sağ, vətəndaş günahkar!Nasaz cihaz – 2277 manat!Cəza – sosial ədalətin bərpası yox, sosial ədalətsizliyin zirvəsi!Daimi işi olmayan, 4 uşağa baxan, ağır xəstəlikdən müalicə alan bir insan bu məbləği necə ödəsin?Bu qərar onu islah etmir – yenidən uçuruma sürükləyir!ZƏRBƏNİN HƏDƏFİ: ISLAH OLMUŞ İNSAN!QORUNAN TƏRƏF: SƏHLƏNKAR MƏMUR!Bu işdə ən böyük sual budur:Niyə bir məmurun səhlənkarlığının cəzasını bir məhkum ödəməlidir?Niyə məmur toxunulmazdır, vətəndaş isə kimsəsiz?PREZİDENTƏ VƏ YUXARI QURUMARA AÇIQ ÇAĞIRIŞ:HAQQSIZLIĞI DAYANDIRIN!Həmid Zeynalov üzünü dövlət başçısına tutur və tələb edir:2277,40 manatlıq absurd cərimə ləğv edilsin,İş yenidən və obyektiv araşdırılsın,Səhlənkar probasiya əməkdaşı Fəqan Murtuzayev,Qərəzli qərar çıxaran hakimlər Habil Əhmədov və Afiq Hüseynzadə barədə qanuni ölçü götürülsün.Bu, təkcə bir ailənin dərdi deyil – SƏSİ ÇIXMAYA ÇALIŞAN HƏR VƏTƏNDAŞIN FƏRYADIDIR!Bu gün Həsəndir, sabah başqa biri olacaq.Məmur məsuliyyətsizliyi cəzalandırılmadıqca, məhkəmə ədaləti bərpa olunmadıqca, bu ölkədə hər kəs növbəti qurban ola bilər.
Gundemxeber.com
