
Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” İB Sumqayıt QİS-dən Arazmedia.az-a verilən məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar bu gün şəhərin Çerkassi küçəsində saat 11:00-dan etibarən 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
