DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Fariz Quliyev işçisinə görə DİN-i Vilayət Eyvazova müraciət etdi – SƏBƏB

2 dəqiqəyə oxunur

Araz Media-nın baş redaktoru, jurnalist Fariz Quliyev Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazova mətbuat vasitəsi ilə müraciət edib.

Həmin müraciətin mətnini hörmətli oxuculara təqdim edirik.

Hörmətli cənab Nazir!

Araz Media Qrupunun əməkdaşı rus millətinin nümayəndəsi olan Qəhrəmanov Samir (Aleksandr) Sergeyeviç Bakı şəhərində dələduz şəbəkənin qurbanına çevrilib. Bu qanuna zidd əməllər nəticəsində onun hər şeyinin əlindən çıxması, xəstə həyat yoldaşı və azyaşlı oğlu ilə birgə küçəyə atılmaları barədə yuxarı dairələrə müraciət edən baş redaktorun səsini Azərbaycan Respublikası Milli Məclisinin sədrinə çatdırıblar…

Milli Məclis sədrinə ünvanladığım müraciətin əsaslı araşdırılması üçün rəhbərlik etdiyiniz orqana Daxili İşlər Nazirliyinə göndərilmişdir.

Nəzərinizə ərz edim ki, Samirin (Aleksandrın) şikayətinə Bakı Şəhər Baş Polis İdarəsində, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində baxılmışdır. Bütün idarələr də eyni qənaətə gəlmişlər ki, burada “cinayət tərkibi yoxdur”.

Polis deyir, cinayət tərkibi yoxdur, amma mən hüquqşünas kimi deyil, jurnalist kimi cinayət, saxtakarlıq izlərini burada aydın görürəm.

Məsələn, həmin qrupun bütün saxta əməlləri eyni notariat kontorunda həyata keçirilir. Məgər bu şübhəli məqam deyil?

“İşə” saxta və ya həqiqi hərbiçi cəlb edirlər. Məgər burada şübhəli məqam yoxdur?

Ən başlıcası isə faizi, sələmi “ipoteka” adı altında rus millətinin nümayəndəsi olan vətəndaşımıza sırıyırlar. Məgər bu da cinayət deyilmi?

Amma bunu hörmətli polis əməkdaşları görmürlər və ya görmək istəmirlər!

Möhtərəm cənab Nazir!

Sizdən Prezidentini və Birinci vitse-prezidentini sevən, təəssübkeş bir jurnalist olaraq, media rəhbəri kimi xahiş edirəm ki, yenidən bu işin əsaslı, dəqiq araşdırma aparılması üçün müvafiq tapşırıq verəsiniz.

Əks-təqdirdə Aleksandrın, bu çətin dönəmdə haralardansa, kimlərdənsə siyasi sığınacaq istəyəcəyi hər kəsə məlumdur.

Hörmətlə, “Araz Media” MMC-nin təsisçisi və baş redaktoru Fariz Quliyev.

Arazmedia.az