
Naxçıvanda-Şahbuzda qazi ailəsinə qarşı özbaşınalıqdan bir neçə dəfə bəhs etmişik.
Məsələn, həmin məhəllədə vaxtı ilə asfalt yola çıxmağı qadağan etmişdilər. Yəni yol yox idi. Sonralar bir çox evin yollarını açdılar. Bu qazinin ailəsinə icazə vermədilər. Min yerə müraciətlərdən sonra, bu ailənin də yolunu açmağa məcbur oldular.
İndi isə Qarabağ müharibəsində kəllə-beyin travması alaraq, l qrup əlillik statusu qazanan Faiq Firdovsi oğlu Quliyevin ailəsinə yeni qadağalar tətbiq edilir. Belə ki , onlar öz 50 illik şəxsi Ata torpaqlarında, yaşayışlarını təmin etmək üçün dükan tikə bilmirlər.
Səbəb nə imiş? Guya yolun mühafizə zolağına yaxın imiş tikiləcək obyekt.
Yaxındır, eybi yox, yoldan bir az uzaqda yer ver tiksin də.
Ö necə olur ki, birinə neçə sot torpaq bağışlanır, üzərində də tikili.
Bu qazı isə böyüdüyü evin həyətində obyekt tikə bilmir.
Əslində mənasız ağaclar əkilmiş həmin sahə 20 il qabaq əlilin atasının olub. Bunu sübut edən sənədlər ailədə və arxivdə var.
Şahənşah Rəfael buna qərəzli olaraq imkan vermir.
Əslində bunu hökumət etməlidir. Bu ailəyə isə nəinki hökumət kömək etmir, əksinə özəl torpaqlarında özlərinin də tikməyinə mane olurlar. Bu özbaşınalığa Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Şahənşah Rəfael Babayev şəxsən rəhbərlik edir!
Xatırladaq ki, Rəfael Babayev Vasif Talıbovun bir vaxtlar Ən yaxın adamı hesab olunurdu. Elə olmasaydı əgər, Ali Məclisdə şöbə müdiri vəzifəsinə qədər irəli çəkilməz və V. Talıbov tərəfindən adı başçılığa namizəd kimi cənab prezidentə təqdim edilməzdi!
Bu gün Vasif Talıbovun iş prinsipləri bəyənilmirsə, onda onun kadrı nə üçün hələ də ali vəzifədə saxlanılırr?
Düşünürük ki, belə əməllər rəhbərlikdən gizlədilir deyə o, adamları vəzifədə saxlayırlar.
Qeyd edə k ki, Şahbuz rayonunda və Naxçıvan şəhərində belə dükanları mərkəzi yoldan yalnız piyada səkiləri ayırır.
F. Quliyev prezidentə, Birinci vitse-prezidentə, Milli Məclis sədrinə dəfələrlə müraciətlər edib.
Amma nə fayda…
Lakin haqlı şikayətə nədənsə baxan olmayıb ki, olmayıb.
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi olan Fuad Nəcəfli bu haqda Prezident Administrasiyasına niyəsə məlumat vermir ki, vermir. Bu isə çox maraqlı bir faktdır. Axı, bir ailəyə heç bir yerdən 1 manat da olsa, məvacib daxil olmursa, ailə nə etməlidir?
Axı, F. Nəcəfli hər dəfə Şahbuzun başçısına tapşırır ki, bu qazi və veteran ailəsidir, bu ailəyə köməklik göstərilsin.
Əgər Rəfayıl onu da saymırsa, nə üçün o, bu barədə cənab prezidentə, Birinci vitse-prezidentə məruzə etmir?
İş verilmir, mal-heyvan verilmir, şəxsi heyətində dükan tikməyə imkan verilmir.
Vətəndaş nə etməlidir bu halda? Bu nə deməkdir? Onda vətəndaşlıqdan çıxarsınlar getsin, sivil dövlətlərin birində yaşasın ailəsi ilə də!
Mövzunu, problem layiqli həllini tapana kimi gündəmdə saxlayacağıq.
Araz Media
MMC