DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Mədəniyyət

Arif Babayev dünyasını dəyişdi

1 dəqiqəyə oxunur

Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat edib. Bu barədə Arazmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilir ki, o, bu gün səhər saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Mədəniyyət Nazirliyi Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıb.”

Arazmedia.az xəbər verir ki, nekroloqda deyilir:”Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat etmişdir.Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaqdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.Allah rəhmət eləsin!”.