
Təxminən dörd gün qabaq rus millətinin nümayəndəsi olan, Azərbaycan vətəndaşı Samir Sergeyeviçin problemlərini işıqlandırmışdıq.
Deməli, bir qrup dələduz şəbəkənin üzvləri bu rus əsilli vətəndaşı aldadaraq tora salmışdır.
Nəticədə adam evini itirmiş, xəstə həyat yoldaşı və hələ 1 yaşı tamam olmamış azyaşlı körpə uşağı ilə küçədə qalmışdır…
Cinayətkar dəstəyə, çirkin əməllərini həyata keçirməkdə, Bakı səhəri, Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov xüsusi kömək etmişdir. Elə Sergeyeviçin pozulan hüquqlarının bərpa edilməsini yuxarı orqanlar tələb edəndə, Ramin Xəlilov fürsəti əldən verməmiş və Samir Sergeyeviçin tələbi əsasında evinə qoyulan həbsi dərhal aradan qaldırmış, quldur dəstəyə təcili evin satışına şərait yaratmışdır.
Təsəvvür edin ki, dövlət rəhbərliyi deyir ki, qonşu dövlətlə aramızı daha da soyutmayın, əksinə daha da mehriban olmaq üçün nələrsə imza atın.
Buna baxmayaraq hakim, rus millətindən olan insanları bilmədiyimiz səbəbdən daha da qıcıqlandırır, yeri olmayan neqativ hərəkətlərlə onları əzir.
Qeyd edək ki, S. Sergeyeviç o insanlardandır ki, Rusiya Prezidentinin Administrasiyası ona, rus millətinə sonsuz sevgisinə görə təşəkkür göndərib.
Xatırladaq ki, Sergeyeviçi hakim xəlilovlar
Azərbaycandan qaçmağa məcbur edirlər.
Yəqin ki, prezident İlham Əliyev də bu özbaşına hərəkətlər edən hakim barədə ölçü götürəcək, dələduz dəstəni zərərsizləşdirəcək, ən başlıcası da zərərçəkmiş ailəni öz evinə qaytaracaqdır.
Araz Media Qrupu