
Ötən il gömrük orqanları tərəfindən büdcəyə 6 milyard 648 milyondan çox vəsait daxil olub. Arazmedia.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Güloğlan Muradlı deyib. Onun sözlərinə görə, ötən il gömrük orqanları tərəfindən 35 mindən çox hüquqpozmalar aşkar edilib.”Əvvəllər hüquqpozmalarla bağlı məcburetmə yolunu tətbiq edirdiksə, indi bunun qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Ötən il 32 milyondan çox xidmət göstərilib ki, bunun da 99%-i elektron formada edilib”, – deyə o qeyd edib.