
Ermənistan-Türkiyə ikitərəfli gündəliyindən danışsaq, artıq hava məkanından istifadə, yaxud Marqara-Əlican sərhəd-keçid məntəqəsinin infrastrukturunun hər iki ölkənin mütəxəssisləri tərəfindən qiymətləndirilməsi kimi bir sıra hiss olunan addımlar atılıb”. Arazmedia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə KİV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, iki ölkə bir hissəsi sərhəddə yerləşən Gümrü-Qars dəmir yolunun infrastrukturunu ikitərəfli şəkildə qiymətləndirib: “Bir neçə gün əvvəl iki ölkənin müxtəlif idarələrinin mütəxəssisləri Türkiyədə görüşüblər və məqsəd yenidən sərhəddə olan tarixi Ani körpüsünü bərpa etməkdir. Bir sıra başqa proqramlar da var.Yəni proses davam edir, inkişaflar var. Eyni zamanda qeyd etməyə bilmərəm ki, hələ icra olunmamış müqavilələr də var. Məsələn, bizim aramızda sərhədin üçüncü ölkə vətəndaşlarına, eləcə də Ermənistan və Türkiyənin diplomatik pasportlarına malik vətəndaşlarına açılması ilə bağlı razılaşmamız var idi. Təəssüf ki, bu razılaşma hələ də həyata keçirilməyib.Amma eyni zamanda, hər iki tərəfin ümumi anlayışı var ki, son məqsəd münasibətlərin tam normallaşması, diplomatik münasibətlərin qurulması, sərhədlərin tam açılmasıdır. Biz, həmçinin birgə enerji layihələri və tranzit imkanlarını müzakirə etdik. Üstəlik, beynəlxalq platformalarda əməkdaşlıq mövzusuna toxunduq”.