![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2025/02/1738932712.yangin.jpg?resize=1140%2C694&ssl=1)
Abşeronda 8 otaqlı evdə yanğın olub.Bu barədə Arazmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan kürsülü, ikimərtəbəli 8 otaqdan ibarət evin dam örtüyünün taxta atmaları 50 m² sahədə, ikinci mərtəbəsinin eyvanında quraşdırılan kombi aparatı və su qızdırıcısı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.