Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Arazmedia.az xəbər verir ki, dekabrın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 qumbaraatan, 11 tüfəng, 14 patron darağı və 1151 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.