Arazmedia.az-ın xəbərinə görə, “Fənərbaxça”dan böyük ümidlərlə “Real Madrid”ə transfer olunan 19 yaşlı türk futbolçuya bu mövsüm kifayət qədər şans verilməyib.
İspaniya mətbuatının yazdığına görə, bundan məyus olan Arda gülər qış transfer pəncərəsinin açılmasından sonra gələcək təklifləri nəzərdən keçirməyi və “Real Madrid”dən icarə əsasında ayrılmağı düşünür.
Arda Gülərin bu qərara “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin keçən həftə onunla bağlı verdiyi açıqlamadan sonra gəldiyi bildirilir.
Baş məşqçinin məlum açıqlamasından sonra Arda hesab edib ki, “Real Madrid”də ona şans verilməyəcək və özünə yaxın saydığı komanda yoldaşlarına klubdan ayrılacağını bildirib.