Noyabrın 3-də İndoneziyanın şərqində Levotobi Laki Laki vulkanının püskürməsi nəticəsində azı 9 nəfər ölüb/
Arazmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, püskürmə zamanı vulkandan partlayıcı lava axınları enməyə başlayıb. Yaxınlıqdakı kəndlərin sakinləri təcili təxliyə edilməli olub.
Vulkanologiya və Geoloji Riskin Azaldılması Mərkəzinin nümayəndəsi Hadi Vijayanın sözlərinə görə, püskürmə gecə yarısı başlayıb. Levotobi lava, kül və isti daşlardan ibarət bir sütun atıb.
“Püskürmədən sonra elektrik kəsilib, ardınca yağış və güclü ildırım çaxıb və sakinlər arasında çaxnaşma yaranıb “, – Vijaya deyib.