İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını ölkəsində davam etdirəcək.
Arazmedia.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı hücumçu A Seriyasında çıxış edən “Cenoa” klubu ilə anlaşıb.
Yeni komandası ilə cari mövsümün sonunadək müqavilə imzalayacaq forvardın məvacibi 250-300 min avro olacaq.
Qeyd edək ki, Mario Balotelli son olaraq Türkiyədə “Adana Dəmirspor”un formasını geyinib.