DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
DigərSiyasət

Fariz Quliyev: “Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edəcək”

2 dəqiqəyə oxunur

Azərbaycan, BMT-nin iqlim dəyişikliyi proqramı çərçivəsində “COP29” beynəlxalq tədbiri keçirməyə hazırlaşır.

Paytaxt Bakı artıq bir neçə dəfə uğurla beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu işlərə prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva şəxsən nəzarət edirlər.

Təcrübəli dövlət xadimləri olan hər iki lider yaxşı bilir ki, tədbir keçirilən günlərdə, “dünyanın ürəyi” məhz Azərbaycanda döyünəcək.

Bu məqsədlə də, bütün qurumlara müvafiq tapşırıqlar verilib. Hər kəs yaxşı başa düşür ki, tədbir çox yüksək şəraitdə keçirilməlidir. Başqa sözə ehtiyac yoxdur. Polis, təhlükəsizlik, səhiyyə bir sözlə, bütün qurumlar “gözüaçıq”, hazır olmalıdır.

Biz jurnalistlər də çalışmalıyıq ki, bu ərəfədə Azərbaycanın haqq səsini dünyaya çatdıraq. Dünya görsün ki, Azərbaycan çox şeyə qadirdir. Düzdür bu barədə kifayət qədər məlumatlar var. Amma elə məsələlər var ki, yalnız jurnalist mövqeyi ilə dünyaya yayılmalıdır.

Məhz həmin vaxt Azərbaycanda çoxlu qonaqlar olacaq. Bunların içərisində xarici təxribatçılar da böyük yer tutur.

Artıq dövlətlərarası münaqişə yaradacaq suallar yəqin ki, hazırdır.

Bunu 44 günlük Vətən müharibəsində də əyani şəkildə gördük.

Prezidentimiz hər gün təxminən onlarla xarici mediaya adekvat müsahibələr verdi. Həmin cavablar çox məntiqli və iti idi. İlham Əliyev təxribat dolu suallara, siyasi cavabları elə dəqiqliklə verirdi ki, təxribatçı jurnalistlər başlarını aşağı dikib, “suları süzülə-süzülə” çıxıb getdilər.

İndi də təxminən o vaxtlardır. Belə bir deyim var. “Söz vaxtına çəkər”.

Nəzərə alsaq ki, Ermənistanın baş naziri Paşinyan da dəvət olunub ölkəmizdə keçiriləcək tədbirə deməli, hər cür təxribata hazır olmalıyıq. Bu birmənalıdır.

30 il kimlərinsə dəstəyi ilə Ermənistan Azərbaycanın Qarabağ adlanan dilbər guşəsini işğal altında saxladı. 2020-ci ildə bu dilbər guşəmizi erməni vandallarından azad etdik. Bu da təbii ki, ermənilərin havadarlarına ağır gəlir. Ona görə də, hər bir təxribata hazır olmalı, lazım gələrsə, canımızı belə əsirgəməməliyik..

Arazmedia.az