DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Kamran Əliyevdən separatçıların işi ilə bağlı AÇIQLAMA

1 dəqiqəyə oxunur

“Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur”. 

Arazmedia.az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev Şərq İqtisadi Forumu (EEF) çərçivəsində Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatları Rusiya mətbuatına açıqlamasında deyib.

O, istintaqın yekunlaşdığını və yaxın vaxtlarda materialların məhkəməyə təqdim olunacağını qeyd edib: “Bütün bu istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”. 

Kamran Əliyev həmçinin qeyd edib ki, bu illər ərzində Azərbaycanın Baş Prokurorluğu tərəfindən 15 separatçıya qarşı cinayət işi başlanıb və onlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin sentyabrında keçirilən əməliyyatdan sonra onlar saxlanılaraq Bakıya aparılaraq istintaqa təhvil verilib. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədi ilə təlimlər keçirmək ittihamları irəli sürülüb. 

Bu ilin iyununda Bakı onların işi üzrə istintaqın başa çatdığını elan edib.