DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Olimpiya çempionu olan cüdoçulara mənzillər hədiyyə olundu

1 dəqiqəyə oxunur

Bakıda “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçualrının qələbəsi münasibətilə mərasim keçirilib.

Arazmedia.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.

Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kotosyevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.

1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə və 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kotsoyevə, həmçinin Azərbaycanın Əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova yeni mənzillər təqdim edilib.