86 saylı Ağcabədi seçki dairəsində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.
Arazmedia.az xəbər verir ki, bununla bağlı qurumun bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O qeyd edib ki, 86 saylı Ağcabədi seçki dairəsindən daxil olan müraciət baxılması üçün dairə seçki komissiyasına göndərilib.
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək:
“Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq”.
Bundan başqa iclasda MSK 97 saylı Tərtər-Ağdərə-Goranboy, 8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci, 120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi, 70 saylı Neftçala seçki dairələrindən daxil olmuş müraciətləri də baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul etdi.
M.Pənahov qeyd edib ki, daxil olan şikayətlər üç gün ərzində araşdırılmalıdır. O qeyd edib ki, beynəlxalq müşahidəçilər, media nümayəndələri, namizədlərin nümayəndələri istəsələr araşdırma prosesində iştirak edə bilərlər.