Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 18-də Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcək.
Arazmedia.az TASS-a isitnadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 12-dək məzuniyyətdə olacaq. Tətil Avropa Siyasi Birliyinin bu həftə Londonda keçirilməsi planlaşdırılan dördüncü sammiti ilə əlaqədar dayandırılacaq”, – Bağdasaryan bildirib.
Onun sözlərinə görə, Paşinyan tətilinin böyük hissəsini Ermənistanda keçirəcək.
Mətbuat katibi onu da qeyd edib ki, məzuniyyət zamanı Paşinyan Tavuş və Armavir bölgələrinə səfər etməyi planlaşdırır.