DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Böyük müharibə ilə bağlı növbəti xəbərdarlığını etdi

1 dəqiqəyə oxunur

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Yaxın Şərqdə “Hizbullah” və İsrail arasında qarşıdurma, Aİ-nin Avropa Diplomatiyasına rəhbərlik etmək üçün Kaja Kallasın seçilməsi, eləcə də Qərb və Şərq ölkələrinin geniş silah alışı böyük müharibəyə hazırlıqdan xəbər verir.

Arazmedia.az  xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, “Hizbullah” və İsrail arasında münaqişədən qaçmaq demək olar ki, mümkün deyil və hadisələrin bu cür inkişafı Qərb və Şərq ölkələrinin hərbi münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq.

“Burada böyük fəlsəfə yoxdur, bunlar aydın, birmənalı şeylərdir. Biz Avropada baş verənlərdən danışarkən, açıq-aşkar anti-Rusiya mövqeyi olan əvvəlki komissiyanın əvəzinə radikal şəkildə anti-Rusiya mövqeyi tutan Avropa Komissiyası rəhbərini seçirik. Rusiya Federasiyasına girişi qadağan olunmuş Estoniyadan olan xanım Kallası seçirlər, hansı ki yaxın 4-5 il ərzində Rusiya ərazisinə daxil ola bilməyəcək. Bu baxımdan, Rusiya bütün mümkün vasitə və qüvvələrlə sona qədər mübarizə aparacaq. Kimin necə, nəyə hazırlaşdığı barədə lazımi məlumatları kəşfiyyat xidmətlərindən alıram”, – deyə Vuçiç bildirib.