Arazmedia.az quruma istinadən xəbər verir ki, Liman, dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayan “TransCaspian/Translogistica 2024” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiridir.
Sərgidə Bakı Limanı stendinə yaxınlaşanlara, ölkəmizin nəqliyyat-tranzit potensialı və limanın logistika imkanlarına verdiyi töhfə habelə “Yaşıl Liman” statusu və 2035-ci ilə qədər karbon emissiyasının 0-ra endirilməsi konsepsiyası barədə məlumatlar verilir.