Ermənistanda bir sıra müqaviləli hərbçilər istefa ərizəsi yazıblar.
Arazmedia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Xüsusilə, bunlar sərhədlərin delimitasiyası nəticəsində Azərbaycan tərəfinə düşəcək mövqelərdən olan hərbi qulluqçulardır.
Xatırladaq ki, artıq bir neçə gündür ki, Tavuşda və Ermənistan Respublikasının müxtəlif bölgələrində, o cümlədən paytaxt İrəvanda Tavuşa dəstək məqsədilə itaətsizlik aksiyaları keçirilir.