Gələcəkdə Finlandiya öz ordusunu Ukraynaya göndərmək qərarına gələ bilər.
Arazmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov TASS-a müsahibəsində bildirib.
O, qeyd edib ki, Helsinki bu məsələdə Vaşinqtona arxalanacaq: “Finlandiya rəhbərliyinin bəyanatlarına əsasən, Helsinki hələlik Ukraynaya öz əsgərlərini göndərməyi planlaşdırmır. Eyni zamanda, Finlandiyanın mövqeyi bu mövzunun müzakirə edilməli olduğuna inanan xarici işlər naziri Elina Valtonenin bəyanatlarına əsasən tez dəyişə bilər. Düşünürəm ki, bu məsələdə də finlər ilk növbədə Vaşinqtona diqqət yetirəcəklər, hətta Avropa nəhənglərinə də yox”.