BMT Təhlükəsizlik Şurası aprelin 8-də Fələstinin dünya təşkilatına daimi üzv qəbul edilməsi ilə bağlı qapalı iclas keçirəcək.
Arazmedia.az xəbər verir ki, bu barədə aprel ayında Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Maltanın BMT yanında Daimi Nümayəndəliyi məlumat yayıb.
Fələstin BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə Fələstin hakimiyyəti dünya təşkilatına daimi üzv olmaq üçün müraciət etsə də, sonradan ölkə bir müddət daimi müşahidəçi kimi qalmaq qərarına gəlib.