Baş ofisi Londonda yerləşən “Henley & Partners” təşkilatı milyoner və milyarderlərlə bağlı yeni hesabat yayıb.
Arazmedia.az xəbər verir ki, siyahıya varidatı müvafiq olaraq 100 milyon dolları və 1 milyard dolları keçmiş şəxslər daxil edilib.
Sənədə görə ABŞ-da son 5 ildə milyonerlərin sayı 35% artaraq 9 850 nəfərə çatıb. Dünya üzrə milyonerlərin təxminən üçdə biri ABŞ-da yaşayır.
Siyahıda ikinci yerdə gələn Çindəki milyonerlərin sayı 2 352 nəfərdir. Bu ölkədə zəngin insanların sayı 5 ildə 17% artıb.
Bundan başqa, ABŞ-də 788, Çində isə 305 milyarder yaşayır. Ekspertlərin fikrincə, Çində pandemiya dövründə tətbiq edilmiş sərt məhdudiyyətlər milyoner və milyarderlərin sayının artmasına mane olub.