Ələt-Bakı-Ələt sürət qatarı lazımdır. Ələtdən Bakıya yollar hazırdır, dayanacaqlar var. Xahiş edirəm bu məsələyə baxılsın”.
Arazmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət olunub: “Cavab bizə belə oldu ki, bu məsələ Bakı ətrafı ərazilərə stansiyalar tikiləndə baxılacaq. Amma Ələt istiqamətində infrastruktur hazırdır. Buzovnaya bu infrastruktur çəkilməlidir, amma Ələtə bu xətt var”.