Ukrayna MDB ilə silahlı qüvvələr və sərhəd qoşunları haqqında sazişdən çıxıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko açıqlayıb.
“Ukrayna MDB-dən silahlı qüvvələr və sərhəd qoşunları haqqında sazişdən çıxdı. Bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib. Təəccüblüdür ki, yalnız indi”, – deputat bildirib.