DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Torpağı vətən edənlər-biz onlara borcluyuq

11 dəqiqəyə oxunur

Arzuları yarımçıq qalan şəhidimiz – Rövşən Kazım oğlu Hüseynov

Dünyanı heyrətə salan oldunuz,
Azadlıq odunda yanan oldunuz.
Köçüb ürəklərdə qalan oldunuz,
Unutmaq olarmı, szi şəhidlər?…

Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə – şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər.
Şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sədaqətdi. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgi ilə, kövrəkliklə danışırıq. Şəhidlər ölməz, yaddaşlarda, əqidələrdə yaşayarlar. İllər keçsə də, unudulmaz, daim anılarlar. Şəhidlər torpağa deyil, ürəklərə tapşırılan sevgidir. Biz azadlığımızın, istiqlalımızın carçısı olan şəhidləri ən səmimi hiss və duyğularla anırıq! Vətənin, torpaqlarımızın müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq nümunələri göstərmiş insanlar hər zaman yüksək qiymətləndirilir və unudulmur. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır.
Bəli, biz igidlər, görkəmli ictimai-siyasi xadimlər, dahilər yetirən, milli-ali dəyərlərə sahib qəhrəman, ulu xalqıq. Hər şəhid öz qanıyla bir ilk səhifə açır, hər şəhid qəhrəmanlıq dastanının bir hissəsi olur, igidlər o dastanları Vətən adlı nəhəng kitabın vərəqlərinə qeyrət, təpər, hünər qələmiylə yazırlar. Eşq olsun qəhrəman Azərbaycan xalqına! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Çox şükür ki, dövlət müstəqilliyimizə qovuşduq, nəhayət torpaqlarımız da düşmən tapdağından azad edildi. Buna görə məhz sənə və sənin kimi canını torpaq uğrunda fəda edən şəhidlərimizə borcluyuq. Şanlı zəfər tariximizin qızıl səhifələrinə öz qanı ilə imza atan igid, qeyrətli oğullarımızdan biri haqqında danışacağıq.
Rövşən Kazım oğlu Hüseynov 21. 08. 1995-ci ildə Bakı şəhərində dünyaya gəlib. Evin sonbeşiyi olan Rövşən daim ailənin diqqətində olmuşdur. O, 2001-ci ildə Bakı şəhəri A.Məmməov adına 115 saylı orta məktəbin 1-ci sinfinə getmişdir.
2009-cu ilin yanvar ayının 2-də qəfil atası Hüseynov Kazım Mustafa oğlunun rəhmətə getməsi Rövşənin uşaq yaşlarından həyatın hər bir çətinliyinə sinə gərmək, mübariz olmaq, məqsəd və amalı uğrunda inadlı mübarizə aparmaq vərdişlərini yaratmışdır. 2010-cu ildən etibarən Rövşən orta təhsilini Bakı şəhəri A.Mustafayev adına 202 saylı orta məktəbdə davam etdirmiş və 2012-ci ildə həmin məktəbin məzunu olmuşddur. 2013-cü ildə Rusiya Federasiyası Stavropol şəhərində yerləşən Qafqaz Xalqlarınln Dostluğu” İnstitunun “İqtisadiyyat” fakultəsinə daxil olmuşdur. 2017-ci ildə həmin fakultəni bakalavr dərəcəsi üzrə bitirmişdir. 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmışdır. Ön xətdə düşmənlə üz-üzə “Murovdağ” istiqamətində xidmətdə olmuş, Hərbi Hissədə göstərdiyi xidmətlərinə görə fərlənmiş və komandanlıq tərəfindən mükafatlandırılaraq Fəxri Fərmanla təltif olunmuşdur. 2018-ci ilin oktyabrında həqiqi həbi xidmətdən tərxis olunmuşdur. Həqiqi hərbi xidmətdə olduğu dövrdə mənfur düşmənin üstün mövqeyi, ərazilərimizin işğalı Rövşəndə qisas hissini daha da gücləndirmişdir. O, xidmətdən sonrakı dövrdə torpaqlarımızın işğaldan azad olunacağı barədə çağırış gözlədiyini öz söhbətlərində bildirirdi. Nəhayət Rövşən 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharbəsinə qatılaraq təkrar hərbi xidmətə qayıtmışdır. Onun döyüş yolu Cəbrayıl, Xocavənd və Füzuli rayonlarında davam etmişdir. Döyüş yoldaşlarının bildirdiklərinə görə Rövşən döyüşlər zamanı yaranmış çətinliklərə baxmayaraq heç zaman ruhdan düşmür, ələ olummuş qələbədən daha da ruhlanaraq düşmənə qarşı daha çevik əməliyyatların aparılmasında iştirak edirdi. İstər rabitə əlaqəsinin təmin olunması, istərsə də döyüşlərdə
iştirakı onun qorxmazlığı və özünə inamından irəli gəlirdi. Uzun illər düşmən nəzarətində olan torpaqlarımızın azad olunması Rövşənin ilham və qürur mənbəyi olmuşur. Vətən müharibəsi zamanı Rövşən ailəsi ilə əlaqə saxlayanda hər şeyin qaydasında olduğunu, sürətlə torpaqlarımızın azad olunmasından qürur hissi ilə danışırdı. Tezliklə bütün əırazilərini azad edəcəklərini tam əminliklə bildirirdi. Anasına özündən muğayat olmasını, ondan nigaran qalmamasını hər dəfə əlaqə saxladıqda bildirirdi. Rövşən Hüseynov mənfur düşmənlə 23.10.2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndi ərazisində gedən döyüşlər zamanı aldığı qəlpə yaralarından şəhid olmuşdur. 25.10.2020-ci ildə Bakı şəhərində dəfn olunmuşur. Azərbaycan Respublikasının Prezindentinin müvafiq sərəncamları əsasında ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunmuşdur.
Şəhid Rövşən Hüseynov xalqına, dövlətinə hüquq mühafizə orqanlarında çalışaraq xidmət etmək arzusunda idi. O, bunun üçün lazımi fiziki hazırlığa və biliyə malik idi. Arzusunu reallaşdırmaq üçün Rövşən Daxili İşlər Nazirliyində müvafiq yoxlanışdan uğurla keçmiş və müsbət rəy almışdır. Lakin Vətən müharibəsinin başlanması ilə bağlı Rövşən torpaqlarımızın azad olunması mübarizəsinə qoşulur və bu yolda şəhid olur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında, Qarabağ torpaqlarının azad olunmasında qorxmazlığı, cəsurluğu ilə seçilən Rövşən Hüseynov inandığı amala xidmət edərək bu şərəfli yolda öz gənc canını qurban verərək şəhidlik zirvəsinə ucalmışdır.

Zamanı gənc yaşlarında donan igidim Rövşən, sənin adın hər birimizin qəlbində yaşayacaq.
Şəhidi olmayan torpaq müstəmləkədir. Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə – şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər. Şəhidlər ölməz, yaddaşlarda, əqidələrdə yaşayarlar. İllər keçsə də, unudulmaz, daim anılarlar. Şəhidlər torpağa deyil, ürəklərə tapşırılan sevgidir.
Şəhidin ailəsinə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu gün Rövşənin ruhu addır. Ailəsi cənab Prezidentə Rövşənin adının və xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı ünvana ölümündən sonra onun adı verildiyinə görə təşşəkkürlərini bildirir.
Şəhidlər ölməzdir, Vətən bölünməz. Ruhun şad, məkanın cənnət olsun, Rövşən! Bu acı xəbərdən çox sarsıldıq, nitqimiz qurudu, boğazımızdan bir qurtum su da keçmədi. Nə qədər kədərlənsək də, sən öz ölümsüzlüyünlə xalqımıza şərəf gətirdin. Sən bu gənc yaşında tarix yazdın, Şəhidlik zirvəsinə ucaldın. Hər birimiz ruhun qarşısında baş əyirik. Biz nə qədər yaşasaq da, Siz şəhidlərə borcluyuq. Sən öz mərdliyinlə, cəsurluğunla xalqımızın qəlbində əbədi bir məskən qurdun, Rövşən. Xalqımızın qisasını gavurlardan mərdliklə aldın. Məzarında rahat uyu. Şanlı ordumuz, igid əsgər və zabitlərimiz Ali Baş Komandanımızın rəhbərliyi ilə cəmi Şəhidlərimizin qisasını artıq aldı. Qarabağda tam qələbə qazanaraq cəmi şəhidlərimizin ruhunu şad etdi. Sən isə şərəfli ölümünlə ölümsüzlüyünə qovuşdun. Hər kəs o uca zirvəni fəth edə bilməz. Rahat uyu, əziz şəhidimiz! Məzarın ilahi nuruyla dolsun. Bu gün Rövşənin yaxınlarını ovutmaq üçün bəlkə kəlmələr yetərli deyil. Lakin bir şey dəqiqdir ki, illər keçdikcə bütün olanlar bəlkə unudulacaq. Amma Rövşən kimi oğullar daim xalqın şurunda və qəlbində yaşayacaqdır. Çünki onlar xalqın, yurdun var olma səbəbləridir. İnşaallah, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilən torpalarımız abadlaşdıqca, o torpaqlarda 3 rəngli bayrağımız dalğalandıqca, bizə qələbə sevincini və qürurunu yaşadan Rövşən kimi oğulların ruhu şad olacaqdır. Onların ruhu qarşısında böyük ehtiramla baş əyirik. Şahidlərimiz hər birimizin qəlbində daim yaşayırlar. Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən, qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin, qazilərimizin adları və şücaətləri yaddaşlarda əbədi yaşayacaq.
Şanlı zəfər tariximizin qızıl səhifələrinə öz qanları ilə imza atan Rövşən kimi igid, qeyrətli oğullarımızın rəşadətindən hər zaman qürurla və fəxrlə danışacağıq.
Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu bizim millətimizin iftixarıdır. Qəhrəmanlıq heç vaxt bir anın bəhrəsi ola bilməz. Qəhrəmanlıq bizi illər sonra yaddaşlara əbədi yazacaq bir keyfiyyətdir. Həmidağa kimi Azərbaycan oğulları da hər zaman bu keyfiyyətə sahib olublar. Çünki tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün ölümə aparsa belə, Vətən üçün bu yoldan dönməmişik. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür payını bu yolda keçməyə hazır olublar. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq.
Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir.
Rövşən, sən və sənə bənzər oğullar, müasir dövrümüzün milli qəhrəmanlıq düsturunu yaradan kişilər kimi tarixə düşdünüz! Sən, həm, əsl vətəndaş, həm də, vətən daşı olaraq, öz üzərinə qızıl hərflərlə, heç zaman silinməyəcək “Qələbə” adlı bir tarix yazan qəhrəman oldun! Rövşən kimi igid oğulun qazandığı şəhidlik zirvəsinə, köksündə fəxrlə gəzdirdiyi üçrəngli müqəddəs bayrağa, xalq sevgisinə, bir ömür boyu həsrətlə oğul yolu gözləyəcək səbrli, bu gün də onun yoxluğuna inanmayan, dağ vüqarlı Anaya əbədi alqış düşür! Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu bizim millətimizin iftixarıdır. Qəhrəmanlıq heç vaxt bir anın bəhrəsi ola bilməz. Qəhrəmanlıq bizi illər sonra yaddaşlara əbədi yazacaq bir keyfiyyətdir. Azərbaycan oğulları da hər zaman bu keyfiyyətə sahib olublar. Çünki tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq haqqını itirməyib. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün ölümə aparsa belə, Vətən üçün bu yoldan dönməmişik. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür payını bu yolda keçməyə hazır olublar. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq. Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş oğullarımızla fəxr etməli, onların əziz xatirəsini daim uca tutmalıyıq. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin! Ruhları qarşısında baş əyirik!!! Rövşən işıq oldu, nur saçdı, Vətənin qaranlıq gecələrini aydınlandıran, əbədiyaşarlıq qazananlardan oldu. Nə qədər ki Vətən var, nə qədər ki Vətəni sevən, onu canından əziz bilən insanlar var, o qədər də Rövşən kimi oğullar unudulmayacaq. Şəhidlər ölməz, Vətən bölünməz!..

Hazırladı:
Nəbizadə Könül Fəxrəddin qızı