DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Gələn il pensiyalar nə qədər artacaq? – Ekspert açıqladı

1 dəqiqəyə oxunur

2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əmək haqqının 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə orta aylıq nominal əmək haqqının 10,7 faiz artması deməkdir. 

Arazmedia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, gələn ilin əvvəlində pensiyalar 11% artırılacaq:

“2024-cü ildə isə orta aylıq nominal əmək haqqının 5,37 faiz artaraq 980 manata çatacağı  proqnoz edildiyi üçün 2025-ci ilin yanvarında  pensiyaların daha 6 faiz artırılacağını ehtimal etmək olar. Sadə rəqəmlərlə ifadə etsək deyə bilərik ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaq. Əlbəttə, bu verilən orta aylıq nominal əmək haqqı proqnozlarına görə olan hesablamalardır. 2024-cü ilin əvvəlində gözlənilən 11 faizlik artımın baş vermə ehtimalı daha çox, 2025-ci ilin əvvəlinə isə bir neçə faizli nisbi xəta mümkündür”, – deyə ekspert bildirib.