21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
Arazmedia.az-ın məlumatına görə, F qrupunda yer alan yığma Lüksemburqla qarşılaşacaq.
Moldovalı Dumitri Munteanın idarə edəcəyi görüş “Azərsun Arena”da baş tutacaq. Qrupda keçirdiyi əvvəlki iki matçında məğlub olan Samir Əliyevin yetirmələri ilk xallarını qazanmağa çalışacaqlar.
Qeyd edək ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi
F qrupu, IV tur
17 oktyabr
18:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Dumitri Muntean (Moldova).
Bakı. “Azərsun Arena”.