DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qanunlar Konstitusiyaya zidd olmamalıdır – SON SÖZ

6 dəqiqəyə oxunur

Dünən saat 17:35-də Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun sədrliyi ilə “Gündəm Xəbər Qəzeti Redaksiyası” MMC-nin iddia tələbinə dair, cavabdeh “Medianın İnkişafı Agentliyi”nə qarşı sonuncu məhkəmə prosesi keçirildi. Qeyd edim ki, cavabdeh tərəfin nümayəndəsi bizə qarşı bir çox qanunsuz və əsassız tələblər irəli sürdü. Belə ki, həmin şəxs məhkəməyə “gündəlik iyrimi ədəd yazının dərc olunması ilə bağlı bir söz deyə bilmərik. Amma, digər media qurumlarından, agentliklərdən və s. götürdükləri yazıların 3/1-dən istifadə etməyiblər” dedi. MİA-nın təmsilçisi ortaya belə bir bəhanə də gətirdi ki, gundemxeber.az xəbər portalı APA-nın üç yüz işarəlik məlumatlarından, yaxud da müstəqil yazar Heydər Oğuzun Naxçıvanla bağlı yazdığı müəllif yazılarından istifadə edib. Bu cür bəhanə, əslində etikadan da kənar yanaşma oldu. Çünki, tutaq ki, Heydər Oğuz istənilən mövzu ilə bağlı ərsəyə gətirdiyi yazını bir çox media qurumlarına, o cümlədən gündemxeber.az-ın elektron poçtuna da göndərib. Həmin yazını hansısa sayt əvvəl, tutaq ki, gündemxeber.az saytı isə, təqribən 6 dəqiqədən sonra öz səhifəsində yerləşdirib. Qarşı tərəf belə bir əsassız iddia irəli sürür ki, siz həmin məlumatı 6 dəqiqədən sonra saytda yerləşdirdiyiniz üçün, məlumat sizə deyil, ilk əvvəl yerləşdirilən sayta aid olur. Bütün bunlar da onu göstərir ki, MİA-nın bugünkü rəhbərliyi qanunsuz tələbləri tətbiq etməklə üzərimizə gəlir, hətta dolayı yollarla məhkəməni inandırmağa da çalışırlar. Məlumat üçün bildirim ki, hakim qərarı 21.09.2023-cü il tarixində saat 17:40-da elan edəcək.

Hörmətli oxucular!
MİA-nın bir çox media qurumlarına, o cümlədən gündemxeber.az xəbər portalının redaksiyasına yaratdığı problemlərə etiraz əlaməti olaraq, bugünkü məhkəmə prosesində etdiyim son çıxışın mətnini də diqqətinizə çatdırıram:

Hörmətli Məhkəmə,
“GÜNDƏM XƏBƏR” qəzeti 14 ildən artıqdır ki, fəaliyyət göstərən, məqalələrinə, yaydığı informasiyalara görə, məsuliyyətə cəlb edilməmiş, hər zaman öz media funksiyasını vicdanla yerinə yetirən kütləvi informasiya vasitələrindən biridir. 2022-ci ilin əvvəlində yeni “Media haqqında” qanun qüvvəyə minib. Biz də hər zaman olduğu kimi öz fəaliyyətimizi qanunlarımıza uyğun həyata keçirrmək üçün reyestrə müraciət etmişik. Bizim media Azərbaycanın bir nömrəli mediası deyil, sonuncu da deyil, öz auditoriyamız var, hər zaman həmin auditoriyanı dürüst informasiyalarla təmin etməyə açlışmışıq.
Məhkəməyə şikayətimizdə reyetrə müraciət, müraciətimizə cavab haqda daha ətraflı göstərmişik. Bəzi məqamları bir daha diqqətinizə çatdırmaq istəyirəm.
Bizim reyestrə daxil edilməməyimizə başlıca səbəb bunu göstəriblər – fəaliyyətimizin davamlı olmaması. Bizə ən çox təsir edən də elə budur. Bizim media ola bilsin ki, hardasa ümumi media standartlarına uyğun olmasın, amma davamlılıq bizim işin əsas cəhətlərindən olub. Fasiləsiz olaraq, fəaliyyətimizi davam etdirmişik.
Doğrudur, qanunda 20 xəbər tələbi var, başqa mediaların informasiyalarının yayılması ilə bağlı başqa tələblər var. Ancaq, qanunun dilindən medianın üzərinə düşən öhdəliyin həcminin, ümumiyyətlə, hansı məntiqə əsaslandığı aydın deyil. Onlayn media subyektinin üzərinə aylıq ən azı 400 kütləvi informasiya dərc edilməsi öhdəliyinin qoyulmasının hansı zəruri ehtiyacdan irəli gəlməsi və hansı legitim məqsədi güdməsi qeyri-müəyyəndir. Ola bilər ki, media hər ay bir özəl xəbər yaysın və həmin xəbər ictimai maraqlar baxımından bütün başqa mediaları qabaqlasın.
Bizim media həmişə öz xəbərlərini yayıb. Bununla yanaşı başqa mediaların ictimaiyyətin diqqətini çəkən xəbərlərini də yayıb. İstinad edib. İndiyə qədər bizim mediaya qarşı istinadla, müəlliflik hüququ ilə bağlı bir dəfə də olsun mübahisə, xüsusilə də məhkəmə mübahisəsi açılmayıb. Belə olan halda müəllifliklə bağlı bizim üzərimizə öhdəlik qoyulması hansı məntiqə sığır? Mən hansısa A.B.D mediasının xəbərini olduğu kimi yayıramsa, istinad edirəmsə, həmin medialar narazı deyilsə, kənardan başqa biri niyə buna müdaxilə etsin? Bunun mənası nədir?
Agentlik bizə imtina cavabı verib, ancaq bunu heç nə ilə əsaslandırmayıb. Biz hansı medianın xəbərini özümüzünküləşdirib paylaşmışıq? Agentlik eləcə qərarında qanunun maddəsinə istinad edib. Bir dənə də olsun sübut yoxdur. Ola bilsin ki, başqa mediaların xəbərini istinadla yaymışıq, ancaq həmin medialarla müqaviləmiz, abunəliyimiz yoxdur. Ancaq həmin xəbərləri bizim yaydığımız xəbərlərin ümumi sayından çıxanda yenə də biz 20-dən artıq xəbəri, öz xəbərimizi gündəlik yaymışıq. Yəni, agentlik qərarını heç nə ilə əsaslandırmayıb, heç bir sübut filan təqdim etməyib.
Ümumiyyətlə qanunu bizə qanunsuz tətbiq edirlər. Yeni qanun 8 fevral 2022-ci il tarixdə qüvvəyə minib. Azərbaycan Konstitusiyasının 149-cu maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə əsaslanmalıdır. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmin maddənin 7-ci bəndində göstərilir ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Biz yeni qanun qəbul edilməzdən illər əvvəl yaranmışıq, həmin vaxtdan fasiləsiz fəaliyyət göstəririk. Yeni qanunun reyestrlə bağlı tələbləri aydın görünür ki, bizim vəziyyətimizi çətinləşdirən, bizə əlavə qayğılar yaradan məzmundadır. Yeni qanunun tələbləri qəti olaraq, bizim hüquqi vəziyyətimizi yaxşılaşdıran məzmunda deyil. Ona görə də yeni qəbul edilmiş qanunun ağır çətinliklər yaradan müddəalarının illərdir ki, fəaliyyət göstərən bizə tətbiq edilməsi, Konstitusyanın qeyd etdiyim müddəalarına ziddir. Əslində agentlik qanun qəbul edilənə qədər müntəzəm fəaliyyət göstərmiş, reyestrdə qeydiyyatdan keçmək istəyən bütün mediaları, o cümlədən də bizi avtomatik olaraq, Media Reyestrində qeydiyyatdan keçirməli idi. Ancaq bunun yerinə bizi məhkəmə qapılarına salıblar.
Möhtərəm Hakim,
Bizim yeganə məqsədimiz media kimi fəaliyyətimizi normal qaydada davam etdirmək, cəmiyyəti məlumatlandırmaq işini peşəkarlıqla həyata keçirməkdir. Bunun üçün hər şeyi qanunlar çərçivəsində etmək istəyirik. Reyestr təkcə imkanlar yaratmır, həm də əlavə məsuliyyətlər yaradır. Biz bundan qorxmuruq, çəkinmirik. Gələcəkdə hansısa çətinliyimiz olacaqsa, yeni qanunun tələblərinə uyğun fəaliyyət göstərə bilməyəcəyiksə, o zaman bunun məsuliyyətini də daşımağa hazırıq. Ona görə də hesab edirik ki, bizim üzləşdiyimiz qanunsuz çətinliklər məhkəmə vasitəsilə aradan qaldırlmalı, bizim fəaliyyətimizi davam etdirməyimizə imkan yaradılmalıdır. Ona görə də sizdən xahiş edirik ki, “Gündəm Xəbər Qəzeti Redaksiyası” MMC-nin tərkibində olan gundemxeber.az onlayn media subyektinin Media Reyestrinə daxil edilməsindən imtina olunması barədə agentliyin qərarını ləğv edəsiniz, bizim medianın Media Reyestrinə daxil edilməsi barədə qərarın çıxarılması öhdəliyinin agentliyin üzərinə qoyulması haqda qərar qəbul edəsiniz. Agentlik belə qərarla razı olarsa, məhkəməyə şikayətimizi də geri götürə bilərik.
Hörmətlə,

“Gündəm Xəbər Qəzeti Redaksiyası” MMC-nin təsisçisi Şirin Cəfəri

Tarix 19.09.2023