Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Arazmedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, məlumatda qeyd edilib.