Gəncə şəhərində mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb.
Arazmedia.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, bir neçə nəfər arasında düşmüş mübahisə zəminində, 1971-ci il təvəllüdlü X.Əliyev ayağından, onun oğlu 1999-cu il təvəllüdlü V.Əliyev isə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.